Lorem ipsum dolor sit amet, consectet eiusmod tempor incididunt ut labore e rem ipsum dolor sit amet. sum dolor sit amet, consectet eiusmod.

Visiting Hours

Gallery Posts

Blog Details

Tip cərrahiyyəsində etdiklərim

BURNUN KAUDAL ÜÇDƏ BİRİ-TİP (AŞAĞI QIĞIRDAQ ÇƏRÇİVƏSİ )

Burnun kaudal üçdə birində lobul, kolumella, burun dəliyi, vestibül, alar taban və yan divarlar yerləşir.

Bu bölgənin qığırdaq çərçivəsi alar qığırdaqlardan (aşağı lateral qığırdaqlar) və köməkçi qığırdaqlardan ibarətdir.

Alar qığırdaqlar üç hissəyə bölünür:

– medial

– orta

– lateral ayaqcıq

MEDİAL AYAQCIQ

Medial ayaqcıq həm uzunluğu, həm də forması ilə fərqlənə bilər.

Aparılan kadavra araşdırmasına görə, medial ayaqcıqlar formalarına görə

– asimmetrik paralel (ən çox 75%),

– flare simmetrik (12,5%)

– düz simmetrik kimi müxtəlif cür olur (12,5%)

Medial ayaqcıq iki hissəyə bölünür:

– foot plate

– kolumellar hissələr.

Medial ayaqcığın foot plate hissəsi medial ayaqcığın əsasından kolumellar hissənin aşağı sərhədinə qədər uzanır. Bu bölmə həm öz formasından, həm də dördbucaqlı qığırdağın kaudal hissəsinin yerləşməsindən aslı olaraq şəklini dəyişə bilir

Hər iki alar qığırdaqların foot plate hissələri arasındakı bucağa “foot plate bölgəsinin ayrılma bucağı” deyilir.

Bu bucağın artması kolumellanın dibində genişlənməyə və vestibülün nisbi daralmasına səbəb ola bilər.

Medial ayaqcığın kolumellar hissəsi foot plate  hissəsinin yuxarı sərhədindən başlayır və “kolumelyar breakpoint”-ə (kolumellalobulun kəsişmə xəttinə) qədər uzanır.

Lateral görünüşdə diqqəti cəlb edən “kolumelyar breakpoint”in konfiqurasiyası medial ayaqcığın kolumellar hissəsi və orta ayaqcığın lobulyar hissəsi tərəfindən formalaşır.

“Kolumelyar breakpoint” və infratip lobul arasında yaranan bucaq kolumella-lobulyar bucaqdır.

Bu bucaq ideal halda 30-45° olmalıdır. Kaudal septumun qabarıq olduğu hallarda, bu bucağın estetik görünüşünün pozulması, nazo-labial bucağın normal olmasına baxmayaraq, artan rotasiya görüntüsü yaradır.

Kolumelyar hissənin uzunluğu dəyişkəndir və bu hissənin nisbətən uzun olması həddindən artıq proyeksiyalı burunlara (“tension nose-gərgin burun”) görünüşünə səbəb ola bilər.

 
ORTA AYAQCIQ

Orta ayaqcıq iki hissəyə bölünür:

– Lobulyar

– Domal(qübbə)

Medial ayaqcığın lobulyar hissəsi qalın yumşaq toxuma və dəri ilə örtülür.

Orta ayaqcığın qübbəli(domal) hissəsi alar qığırdağının ən qısa, ən nazik və ən dar hissəsidir.

Hər iki alar qığırdağın domal (qübbəli) bölgəsi ilk dəfə Pitanguy tərəfindən təsvir edilən bir-biri ilə fibroaponevrotik bağa (interdomal ligament) bağlıdır.

Domal (qübbəli) hissənin forma variasiyaları üç qrupa bölünür: konveks domal (qabarıq qübbəli), minimal konvekslə (qabarıqlıqla) müşayiət olunan boxy dom (qutu qübbə) və konkav double dom (qoşa qübbə) orta ayaqcığın domal(qübbəli) hissəsinin ön proyeksiya nöqtəsi  domun (qübbənin) təyin nöqtəsi adlanır.

Əməliyyatdan əvvəl tip( burun ucu) sahəsini müayinə edərkən, həm (domun) qübbənin təyini nöqtələri, “supratip breakpoint” və “kolumelyar breakpoint” ilə əmələ gələn bərabərtərəfli üçbucaqdakı asimmetriyaları diqqətlə qiymətləndirmək çox vacibdir,

Tip ( burun ucu)  cərrahiyyəsinin müvəffəqiyyəti üçün bu bölgədə simmetriyanı təmin etmək lazımdır.

Rohrich və Adams  boxy (qutu)  burun tipini iki dom (qübbə) təyini nöqtəsi”arasındakı  bucaq (“qübbənin ayırma bucağı”) və gübbənin eninə görə təsnif etmişlər.

Buna əsasən, normal burun tipinin “Domun (qübbənin) ayırılma bucağı” 30°, qübbənin eni 4 mm və hər iki “qübbə təyini nöqtəsi” arasındakı məsafə isə 5-6 mm olmalıdır.

 
LATERAL AYAQCIQ

Lateral ayaqcıq alar qığırdağın ən geniş hissəsidir və burunun yan divarının çərçivəsini təşkil edir. Aksesuar qığırdaqlar lateral ayaqcığa bitişik yerləşir.

Lateral ayaqcığın qabarıqlığından və içə doğru batmasından asılı olaraq forma dəyişiklikləri ola bilər.

– Konveks

– Konveks-konxav

– Konxav-konveks

– Konxav

Lateral ayaqcığın medial kənarı ilə yuxarı lateral  qığırdağın kaudal kənarının birləşdiyi sahəyə “scroll bölgəsi” deyilir.

Həm lateral ayqcıq, həm də medial ayaqcıq  tipin (burun ucunun) dinamikasını təmin etməkdə rol oynayan “tripod” əmələ gətirir.

Uğurlu tip (burun  ucu) əməliyyatı üçün tripotun  yenidən qurulması çox vacibdir. Burun ucunu dəstəkləməkdə təsirli olan strukturlar iki qrupa bölünür: böyük və kiçik strukturlar.

TİPİ (BURUN UCUNU) DƏSTƏKLƏYƏN STRUKTURLAR

Böyük dəstək strukturları

– Alar(qanad) qığırdaqların ölçüsü, forması, qalınlığı və elastikliyi,

– Üst lateral qığırdaqların aşağı lateral qığırdaqların sefalik hissəsi ilə əlaqəsi,

– Medial ayaqcıqların footplate ilə kaudal septum arasındakı əlaqəsi

Kiçik dəstək strukturları

– Anterior septal bucaq

– Burun ucunun dərisi

– Membranoz septum

– Kaudal septum

– Burun beli

– Lateral qığırdaq domları(qübbələri) arasındakı əlaqələndirici bağlar

– Sesamoid qığırdaq kompleksi

BURUN QANADLARI

Burun qanadları  burun ucuna estetik görünüş verilməsində və funksiya baxımından ən önəmli strukturlardan biridir.

Formasına görə burun qanadları qalın , bayıra doğru balonlaşan, vestibula doğru çökən,  asimmetrik, incə olur.

Burun qanadlarının əsasını aşağı lateral qığırdaqlar , fibroaponevrotik bağlar və dəri örtüyü təşkil edir.

Vestibula doğru çökən və nazik burun qanadlarında daha çox nazal kollaps (Alar çökmə) sindromuna rast gəlinir.

Alar çökmə sindromu nəfəs alma aktı zamanı lateral divarların çökməsi ilə xarakterizə edilir.

İnspirator neqativ basqının nəticəsi olaraq lateral divar içəriyə doğru çəkilir və çökür.

Bu vəziyyət 19-cu əsirn ikinci yarısında pataloji bir vəziyyət kimi tanınmış və Alar çökmə adı ilə adlandırılmışdır.

Bunun qarşısını almaq üçün burun qanadlarına forma vermək və tənəffüs funksiyasını bərpa etmək üçün  çoxlu sayda texnik və  qreftləmələrdən istifadə olunur.Alar çökmənin səbəbləri müxtəlifdir.Son illərdə rinologiyada bu  nazal kollaps kimi tanınır.Ən çox rast gəlinən səbəbləri aşağıdakılardır:

1) Gərgin dar burun (tension nose) sindromunda olduğu kimi yarığa bənzər burun dəlikləri

2) Anormal geniş kolumella,  medial ayaqcıqların genişliyi , septumun kaudal kənarının yerindən çıxması , burun qanadlarının patologiyası ilə bağlı olaraq vestibulun və burun dəliklərinin daralması

3) Septum yuxarı lateral qığırdaq və alt aşağı konxanın patalogiyası ilə bağlı olaraq  valf bölgəsinin daralması.

Bəzi hallarda rast gəlinən bu patoloji vəziyyətlər lateral divarın çökməsinə səbəb ola bilir.

Mən öz praktikamda Konveks və Nazik (vestibula doğru çökən) burun qanadlarında digər şəkilləndirmə texnikləri istifadə etməyimlə yanaşı burun tabanından burun tabanına  aşağı lateral qığırdaqların kaudal kənarı boyunca bütöv qığırdaq qreftin yerləşdirilməsi üsulundan  istifadə edirəm.

Bu texnik burun qanadlarına estetik görüntü verməklə yanaşı  eyni zamanda   lateral qığırdaqların kaudal kənarına dəstək vermiş olur. Bu texniki seçməklə  həm funksional baxımdan həm də estetik baxımdan uğurlu nəticə eldə etmiş oluruq. Bu texniki həm Septoplastika həm də Qapalı və Açıq Rinoplastikada icra etmək mümkündür.

Həmin texniklə icra etdiyim Revizyon Rinoseptoplastika əməliyyatının nəticəsi
 
       
 

2 Comments

  • Medilax

    04.09.2021

    Monotonectally administrate user-centric results whereas performance based manufactured products. Continually

  • Medilax

    04.09.2021

    Energistically redefine emerging paradigms after resource sucking bandwidth. Dramatically supply transparent

Leave A Comment

Your email address will not be published. Required fields are marked *

This will close in 0 seconds

This will close in 0 seconds

This will close in 0 seconds