Qırtlaq, traxeya və bronxlara yad cisimlər adətən ağız boşluğundan daxil olur və əsasən belə hallar 5 yaşa qədər olan uşaqlarda müşahidə, ağızda müxtəlif əşyaları saxlamaq vərdişi olan uşaqlarda isə daha da çox təsadüf olunur. Belə hallar uşaq qəflətən qorxanda, ağlayanda, düzgün tənəffüs etmədikdə ağız boşluğunda olan yad cismin tənəffüs yollarına düşməklə baş verir.
Ən çox təhlükəli yad cisimlər sırasında paxlalılar( noxud, lobya, qarğıdalı və s.) selikli qışa ilə birləşir, nəmli şəraitdə kəskin şişir və nəticədə tam stenoza səbəb olur. Bu da ağciyər ventilyasiyasını tam və ya nisbi kəsilməsinə, uşağın boğulmasına gətirib çıxarır. Təhlükəli yad cisimlər sırasına həmçinin itikənarlı yad cisimlər də aiddir.
Son dövrlər uşaqlar arasında tez-tez rast gəlinən yad cisimlər sırasına istifadə olunan yaslı batareyalar da aiddir. Batareyalar nə üçün belə təhlükəlidir?
1. Onları xaric etmək çətindir.
2. Tənəffüs yollarındakı nəmişlik nəticəsində batareyanın müsbət və mənfi qütbləri arasında elektrik cərəyanı yaranır, bu da selikli qışada yanıq əmələ gətirir. Çox kiçik ölçülü yad cisimlər bəzən bronxlara düşür və nəticədə onları cərrahi alətlərlə xaric etmək mümkün olmur.
İlkin yardım:
1. Qırtlağa düşən yad cism təcili xaric edilməlidir. Xəstənin huşu özündədirsə yardım edən xəstənin arxasına keçir, xəstəni 30-45 dərəcə bucaq altında önə əyir və ovcu ilə çox bərk olmadan kürəyinə döyəcləyir.
2. Xəstə huşsuzdursa onu dizlərini bükmək şəti ilə üzü üstə uzadılır və başı mümkün qədər çox aşağı salınır, ovucun içi ilə kürəyinin arasına 2-3 dəfə vurulur. Əgər effekt yoxdursa manipulyasiya təkrarlanır. Yad cism bu manipulyasiyalardan sonra da xaric olmursa LOR həkimin medaxiləsi vacibdir.