Rinolit nədir?
Rinolit – burun boşluğunda yerləşən yad cismin ətrafında duzların yığılması nəticəsində yaranan minerallaşmış kütlədir. Rinolit 1/10,000 nisbətində və daha az əhali içərisində görülür . Hər yaş qrupunda görülə bilər. Qadınlarda və uşaqlarda kişilərə nisbətən daha çox rast gəlinir.
Növləri
Rinolitlər – endogen və ya ekzogen ola bilər.
– Uşaqlarda ümumiyyətlə ekzogen mənşəli – meyvə toxumları, muncuqlar, düymələr, çınqıllar və tampon qalıqları kimi
– Nadir hallarda endogen mənşəli – dişlər, sekvestrum, quru qan və sümük parçaları halında olur.
Lokalizasiyası
Rinolitlər lokalizasiyasına görə
– Maksilyar antrumda olanlara maksilyar antropolit deyilir.
– Burun boşluğunda olanlar rinolit adlanır.
– Maksilyar antrum və burun boşluğuna daxil olan kütlələrə antrorinolit deyilir.
Rinolitiyaz adətən birtərəfli olur. Bu, adətən, burun boşluğunun döşəməsində, maksilyar sinusun və aşağı konxanın arasında habelə aşağı konxa və septum arasında yerləşir. Ümumiyyətlə, qara, qəhvəyi və ya tünd yaşıl rəngdədir. Onların ölçüləri bir neçə millimetrdən bir neçə santimetrə qədər dəyişə bilər. Onlar adətən ağırdırlar, bəzən isə kövrək ola bilər. Ümumiyyətlə ətrafı ödematöz qranulyasiya toxuması və axıntı ilə əhatə olunur. Rinolit mineralizasiya ilə ölçüsünü artıraraq burun boşluğunu doldurur və qonşu strukturları eroziya edə bilər .
Nəticədə burun selikli qişasını destruksiya edərək sümük və qığırdaq itkisinə səbəb ola bilər. Destruksiya daha çox burun çəpəri və maksiller sinusun medial divarında, nadir hallarda isə sərt damağın perforasiya ilə nasal-oral fistulda inkişaf edə bilər .
Diaqnostika
– Ön rinoskopiya
– Rigid burun endoskopiyası
– Radioloji görüntüləmə

Bundan əlavə, sərt burun endoskopiyası rinolitiyazın diaqnozu və müalicəsində əhəmiyyətli rol oynayır. Rinolitlərin differensial diaqnozunda kalsifikasiya olunmuş poliplər, granülomalar, qeyri-şəffaf xarici cismlər, osteoma, burun glioma, lokal osteomyelit sekesteri, enxondroma, hemangioma, dermoid şiş nəzərə alınmalıdır.
Kompyuter tomoqrafiyada rinolitlər tipik olaraq yüksək sıxlıqlı homogen lezyonlar kimi müşahidə olunur. Lezyonun mərkəzi hissəsində üzvi maddələr olan hallarda hipodensiya müşahidə edilə bilər.


Müalicə
Dünya praktikasında rinolitləri lazerlə destruksiyası tətbiq edilməyib. Mən öz praktikamda bir ildən artıqdır ki , bu üsuldan istifadə edirəm. Rinolit diaqnozu ilə müraciət edən xəstələrimi ümumi anesteziya altında endoskopun nəzarəti və lazer köməyi ilə rinolitləri parçalayaraq xaric edirəm.
Bu üsulla həm ətraf toxumalar daha az zərər görür, həm də postop qanaxma riski olmur.
Mən öz həmkarlarıma da bu metodu məsləhət görürəm.









Medixi
04.01.2023Monotonectally administrate user-centric results whereas performance based manufactured products. Continually restore premier strategic theme areas through magnetic customer service. Holisticly embrace optimal processes without
Medixi
04.01.2023Progressively procrastinate mission-critical action items before team building ROI. Interactively provide access to cross functional quality vectors for client-centric catalysts for change.