Xoanal atreziya nədir?
İndiyə kimi tətbiq olunan metodların çoxunda residiv sayının çox olması və əməliyyatdan sonra uzunmüddətli nazofarengeal boruların gəzdirilməsi yenidoğulmuşların və digər yaş qrupundan olan xəstələrin həyat tərzinə mənfi təsir göstərmişdir.
Xoanal atreziyanın intranazal endoskopik yolla ləğvindən sonra, sümük formada xış sümüyünün və palatal çıxıntıların turlanma və şeyver metodunun tətbiqi, membranoz formada şeyverin tətbiqi, qarışıq formada isə tur və şeyverin tətbiqi ilə residivin qarşısını almaq və əməliyyatdan sonra nazofarengeal boruların istifadə edilməməsinə nail olmaqdan ibarətdir.
Əvvəlki iş praktikamızda klassik əməliyyat üsulları tətbiq etməklə 1992-ci ildən 2015-ci ilədək 30-dan çox xəstə müşahidə olunub. Son 8 ildə praktikamızda müasir texnologiya imkanlarının yaranması ilə əlaqədar – endoskop, tur və şeyver tətbiqi ilə 15 xəstədə xoanal atreziyanın ləğvi icra edilmişdir.
Bizim nəzarətimiz altında 2015-ci ildən bu günə kimi 15 xəstə müşahidə olunmuşdur, onlardan bilateral xoanal atreziya ilə 10 yenidoğulmuş, digər yaş qruplarında isə 5 xəstədə unilateral xoanal atreziya qeyd olunmuşdur. Yenidoğulmuşlarda 8 xəstədə sümük forma, 1 xəstədə membranoz forma, 1 xəstədə isə qarışıq forma müşahidə olunmuşdur. Digər yaş qruplarında isə unilateral sümük forma qeyd olunmuşdur.

Xoanal atreziya nazal apertura posteriorun bir və ya iki tərəfli tamamilə obstruksiyası nəticəsində burun boşluğu ilə nazofarenks əlaqəsinin pozulduğu ən çox rast gəlinən kongenital anomaliyasıdır.
1755-ci ildə Roederer doğuşdan xoanal atreziyanı təsvir etmişdir
Epidemiologiyası
• 5,000 – 7,000 canlı doğumda 1 olur
• Qız uşaqlarında daha çox rast gəlinir.
• Əkizlərdə bir qədər az risk mövcuddur.
• 3 xəstədən təxminən 2-sində birtərəflidir
• Daha çox sağ tərəfli atreziya rast gəlinir
• Ananın yaşı xəstəliyin yaranmasına səbəb deyil.
• Xoanal atreziya bütün irqlərdən olan insanlar arasında bərabər rast gəlinir.
• Atrezik səhifənin 90 %-i sümük, 10 % -i membranozdur
Etiologiyası
Bir çox teoriyalar mövcuddur
• Əsas qəbul edilən teoriya nazobukkal membranın persistansının bu anomaliyaya səbəb olmasıdır.
Bundan əlavə
• Hochstetter’in bukkonazal membranının persistə etməsi
• Xoana bölgəsində anormal olaraq persiste edən və ya anormal lokalizasiyada tapılan mezodermanın yaratdığı adezyonlar.
• Palatin sümüyünün vertikal ve horizontal çıxıntılarının anormal medial inkişafı, vomerin çox qalın olması
• Mezodermanın ikincili lokal genetik faktorlara bağlı olaraq istiqamətinin dəyişməsi

Xoanal atreziya ilə əlaqəli anomaliyalar
• Charge assosiyasiyası
• Bronxial anomaliyalar
• Humeroradial sinostosis
• Mandibulafasial sinostosis
• Mikrosefaliya
• Mikrognatiya
• Nazofaringeal anomaliyalar
• Palatal defektlər
• Tracher – Collins sindromu
• Nazal ethmoidal encephalocele
• Digər kraniofasial dismorfizmlər
• Kongenital ürək xəstəlikləri
• Göz xəstəlikləri (koloboma)
• İntellektual problemlər
• Xarici qulaq anomaliyaları
• Qida borusunun olmaması
• Qida borusu ilə nəfəs borusu arasında əlaqə (traxeobronxial fistula)
Tipləri
Bilateral
• Tam burun tıxanması
• Dərhal tənəffüs çətinliyi
• Asfiksiyaya görə potensial ölüm
• Dimanik tənəffüs yollarının maneə törətməsi
• Uşağa ətraf qıcıq tətbiqi zamanı ağzını açır və obstruksiya aradan qaldırılır
Bəzi hallarda bu körpələr bəslənərkən sianoz müşahidə edilə bilər, çünki hava yolu dil ilə məhdudlaşır.
Hava yolu obstruksiyası və dövri sianozun simptomları klassik əlamətlərdir.
Unilateral
Unilateral Xoanal atreziya tənəffüs çatışmazlığına nadirən səbəb olur və ən çox daha irəli yaşlarda, tək tərəflı, mukozal nazal axıntı və ya sinusit şəklində özünü biruzə verir.
Əlamətləri
Bilateral xoanal atreziya daha erkən yaşlarda özünü göstərir. Belə ki, yenidoğulmuşlarda tənəffüs çatışmazlığının olmasına görə ilk olaraq ikitərəfli xoanal atreziyadan şübhələnmək lazımdır. Diaqnozun daha erkən qoyulması və ilkin təcili tibbi yardımın göstərilməsi ilə yenidoğulmuşun həyatını qurtarmaq mümkündür.
Unilateral xoanal atreziya daha irəli yaşlarda təsadüfi çəkilmiş KT və ya xəstənin birtərəfli selikli axıntısına görə aparılmış endoskopik müayinədə aşkarlanır.
Diaqnostikası
• 6 və ya 8 FR plastik kateterin anterior naresdən farinksə irəliləməməsi
• Nazofarenksin ayna ilə müayinəsi
• Nazofarenksin barmaqla müayinəsi
• Endoskopik nazofarenks müayinəsi
• Radioloji müayinə
• Kompyuter tomoqrafiya

Kompyüter tomoqrafiya
• Posterior nasal kavite darlığı
• Lateral nazal divar medializasiyası
• Vomerin qalınlaşması
• Xoanal hava sahəsi adətən < 0.34 sm
• Sümük, membran və ya mikst ola bilər.
Differensial diaqnostika
• Septum deviasiya
• Stuffy sindromu
• Septal hematoma
• Konxa hipertrofiyası
• Ensefalocele
• Şişlər
• Traxeoezofageal fistul
Müalicəsi
Müalicəsi cərrahidir.
• Transnazal
• Transpalatal
• Transseptal
• Eksternal rinoplastika
• Karbondioksit
• Lazer
• Endoskopik endonazal yanaşma
• Nd-Yağ lazer
Müasir dövrdə ən çox istifadə olunan metodlar transnasal və transpalatal yanaşmadır

TRANSPALATAL YANAŞMA
Ən çox istifadə olunan metoddur. Görüş sahəsi daha yaxşıdır. Owens kəsiyi ilə U şəklində sərt damağa tətbiq edilir. Böyük palatin arteriyalara zərər verməməyə diqqət edilməlidir. Palatin sümük, atreziyalı səhifə və posterior vomer mukozal fleplərə zərər vermədən turlanmalıdır. Yeni yaradılan xoanaya 4-6 həftə stend tətbiq olunmalıdır.
Avantajları
• Restenoz ehtimalı daha azdır
• Stend müddəti daha qısa
• 6 yaşdan yuxarı və təkrarı nümunələrdə daha uğurludur
Stendlərin obstruksiyasının qarşısını almaqdan ötrü soyuq buxar müalicəsi , tez tez aspirasiyalar və bu haqda valideynlərin məlumatının olması çox vacibdir.
Dezavantajı
Damaq və üz inkişafına təsir etməklə birlikdə malokluziya da rast gəlinir.
Bu səbəbdən 6 yaşdan kiçik uşaqlarda istifadə olunmamalıdır.

TRANSNAZAL YANAŞMA
Avantajları:
• Bu yanaşma daha sürətli, asan və daha az problemlidir.
• Qan itkisi minimaldır.
• Hər yaşdakı uşaqlar üçün əla seçimdir.
• Düzgün seçilmiş xəstələrdə əsaslı təmirə imkan verir və restenozdan qaçınmaq olar.
• Uşaq dərhal post sonrası ana südü ilə yeməyə başlaya bilər.
• Heç bir əlavə problem olmadıqda, uşaq 3 və ya 4-cü günündən etibarən xəstəxanadan çıxarıla bilər.
Ənənəvi üsulla icra etdiyimiz əməliyyat zamanı bir çox hallarda, xüsusilə burun arakəsməsinin əyriliyi, aşağı burun balıqqulaqlarının hipertrofiyası oldugu hallarda əməliyyatın gedişində bəzi çətinliklər yaranmışdır. Belə ki, xoanaların vizualizasiyası kifayət qədər yaxşı olmadığı üçün xoanaların tam bərpası və əməliyyatdan sonra residiv sayının çox olması qeyd olunmuşdur. Eyni zamanda əməliyyat zamanı xış sümüyünün və palatal çıxıntıların kifayət qədər yaxşı işlənilməməsi, yumşaq toxuma parçalarının çox qalması residivə səbəb olmuşdur.
Bizim tətbiq etdiyimiz metodda isə xoananın bərpasında xış sümüyünün və palatal çıxıntıların turlanması, şeyver vasitəsi ilə artıq yumşaq toxuma və selikli qişa qalıqlarının turlanması kifayət qədər geniş və residivə meyilli olmayan nazofarengeal yolun formalaşmasına nail olunmuşdur. Hemostaz monopolyar kauter-sorucu vasitəsilə aparılmışdır.
Dünya LOR praktikasında intranazal yolla xoanaların atreziyasının bərpası zamanı tur və şeyverdən birlikdə istifadəsi tətbiq edilməmişdir. Bu baxımdan tətbiq etdiyimiz üsulun digər həmkarlarım tərəfindəndə istifadə edilməsini tövsiyə edirəm.
Ənənəvi üsuldan fərqli olaraq bu metodun tətbiqi ətraf toxumalara minimal zərər verməklə, əməliyyatdan sonrakı dövrdə geniş, residivə meyilli olmayan nazofarengeal yolun formalaşdırılması, əməliyyatdan sonrakı dövrdə nazofarengeal boruların gəzdirilməməsidir.









Medilax
04.09.2021Progressily procrastinate mission-critical action items before team building ROI. Interactively provide access to cross functional quality vectors for client-centric catalysts for change.
Medilax
04.09.2021via inexpensive models.without sticky partnerships. Energistically redefine emerging paradigms after